Səud təcavüzkarları Yəmənin şərqində ağır itki veriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348962-səud_təcavüzkarları_yəmənin_şərqində_ağır_itki_veriblər
Yəmənli mənbələr səud təcavüzkarlarının Yəmənin şərqində yerləşən Hədramaut əyalətində ağır itki vermələrindən və ərəbistan ordusunun komandanlarından birinin öldürülməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2019 09:08 Asia/Baku
  • Səud təcavüzkarları Yəmənin şərqində ağır itki veriblər

Yəmənli mənbələr səud təcavüzkarlarının Yəmənin şərqində yerləşən Hədramaut əyalətində ağır itki vermələrindən və ərəbistan ordusunun komandanlarından birinin öldürülməsindən xəbər veriblər.

Yəmənli mənbələr bildiriblər ki, beş səud hərbçisi, o cümlədən Hədramaut vadisi bölgəsində koalisiya qüvvələrinin komandanı polkovnik Bəndər əl-Utəybi yəmənli qüvvələrin əməliyyatında öldürülübdür.

Altı səud hərbçisi də Yəmən ordusunun bu əməliyyatında yaralanıbdır.

Hədramaut əyalətinin əl-Əbər bölgəsi və əl-Vədiyyə keçidində də iki səud hərbçisi və üç səud muzduru bomba partlayışı nəticəsində ölübdür.

Səudiyyə Ərəbistanı və müttəfiqləri dörd ildən çoxdur ki, minlərlə yəmənli mülki vətəndaşın öldürülməsindən və Yəmənin infrastrukturunun dağıdılmasından sonra bu ölkə xalqının müqavimətinə görə, 2015-ci ilin mart ayından bəri Yəməndəki hədəflərinə çata bilməyiblər.