Səud qırıcıları Əlhudəydənin mülki məntəqələrinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348963-səud_qırıcıları_Əlhudəydənin_mülki_məntəqələrinə_hücum_ediblər
Təcavüzkar səud koalisiyasının qırıcıları dörd növbədə Yəmənin qərbində yerləşən əl-Hudəydə əyalətindəki mülki məntəqələri hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2019 09:08 Asia/Baku
  • Səud qırıcıları Əlhudəydənin mülki məntəqələrinə hücum ediblər

Təcavüzkar səud koalisiyasının qırıcıları dörd növbədə Yəmənin qərbində yerləşən əl-Hudəydə əyalətindəki mülki məntəqələri hədəfə alıblar.

Səud qırıcıları bu hücumlarda "7 iyul" bölgəsini, həmçinin əl-Hali rayonunun əl-Cəbanə bölgəsini bombalayıblar.

Təcavüzkar səud qüvvələri həmçinin əl-Hudəydə əyalətində yerləşən əl-Dərihmi şəhərinin yaşayış binalarını hədəfə alıblar. Onlar əl-Şəəb şəhərinin şərqində hərbi istehkamlar yaradıblar.

Təcavüzkar səud koalisiyası çərşənbə günü gecə də atəşkəs razılaşmasını bir daha pozaraq, əl-Hudəydə əyalətində yerləşən əl-Təhita bölgəsini mərmi hücumları hədəfinə almışdı.