Əlbuxəyti: Ərəbistan atəşkəs fürsətindən istifadə etsin
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349030-Əlbuxəyti_Ərəbistan_atəşkəs_fürsətindən_istifadə_etsin
Yəmən Ənsarullah hərəkatının siyasi bürosunun üzvü atəşkəs elan edib. O, təcavüzkar səud koalisiyasını savaşı dayandırmağa çağırıb. Vurğulayıb ki, Ərəbistan atəşkəs fürsətindən istifadə etsin.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 21, 2019 12:40 Asia/Baku
  • Əlbuxəyti: Ərəbistan atəşkəs fürsətindən istifadə etsin
    Əlbuxəyti: Ərəbistan atəşkəs fürsətindən istifadə etsin

Yəmən Ənsarullah hərəkatının siyasi bürosunun üzvü atəşkəs elan edib. O, təcavüzkar səud koalisiyasını savaşı dayandırmağa çağırıb. Vurğulayıb ki, Ərəbistan atəşkəs fürsətindən istifadə etsin.

Yəmən Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Muhəmməd Əlbuxəyti deyib: Yəmənin hərbi bacarıq və gücü bütün dünyaya sübut edildikdən və təcavüzkarlara böyük xəsarətlər vurulduqdan sonra hazırda Yəmən təcavüzkarları savaşı dayandırmağa və atəşkəsə çağırır.

Yəmən Ənsarullah hərəkatının siyasi bürosunun üzvü bildirib ki, savaşın dayandırılması hamının və hətta Yəməndən çox səudiyyə ərəbistanının xeyrinə olacaq. O, vurğulayıb: Əgər ərəbistan Yəmənin atəşkəs ilə bağı addımına münasib cavab verməz və öz təcavüzünü davam etdirmək istəyərsə, başqa bir qərar çıxarılacaqdır.

Yəmən Ali Siyasi Şurasının sədri Məhdi əl-Məşat da bildirib ki, Yəmən səudiyyə ərəbistanının bütün hava və quru hücumü formalarının dayandırılması sahəsində oxşar addım atmasının elan edilməsini gözləyir.

Yəmən Ali Siyasi Şurasının sədri vurğulayıb: Ərəbistanın öz təcavüzünü davam etdirəcəyi halda, Yəmən cavab haqqını özü üçün qoruyub saxlayacaqdır.