Ərəbistanın Yəmənə qarşı hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349096-Ərəbistanın_yəmənə_qarşı_hücumları_davam_edir
Yəməndəki hərbi mənbələr bildiriblər ki, yəmənlilərin səud qüvvələrinin mövqelərinə qarşı hücumlarının dayanmasına rəğmən, bu rejim Yəmənin müxtəlif bölgələrinə qarşı hücumları dayandırmayıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 22, 2019 05:11 Asia/Baku
  • Ərəbistanın Yəmənə qarşı hücumları davam edir
    Ərəbistanın Yəmənə qarşı hücumları davam edir

Yəməndəki hərbi mənbələr bildiriblər ki, yəmənlilərin səud qüvvələrinin mövqelərinə qarşı hücumlarının dayanmasına rəğmən, bu rejim Yəmənin müxtəlif bölgələrinə qarşı hücumları dayandırmayıbdır.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri dünən gecə bildirib ki, ərəbistanın qırıcı-bombardmançı təyyarələri şənbə günü 39 dəfə bu ölkənin yaşayış massivlərini bombardman ediblər.

Ərəbistanın Yəmənin yaşayış massivlərinə qarşı hücumları elə bir halda həyata keçirilir ki, cümə günü gecə Yəmən Ali Siyasi Şurası bildirmişdi ki, ərəbistana qarşı PUA və raket hücumlarını şərtli şəkildə dayandırır və ümid edir ki, bu addım səud koalisiyasının müsbət cavabı ilə qarşılanacaqdır.

Belə bir halda, BMT-nin Yəmən məsələləri üzrə nümayəndəsi Martin Qrifis dünən Ənsarullah hərəkatının səud koalisiyasına qarşı PUA və raket hücumlarını dayandırmasını alqışladı və bildirdi ki, qarşı tərəfin də həmin siyasəti yeridəcəyinə ümid edir.

Ənsarullah hərəkatının rəhbəri Əbdulməlik Bədrəddin əl-Husi də dünən gecə 21 sentyabr Yəmən inqilabının ildönümü günü münasibətilə etdiyi çıxışında dedi ki, ərəbistan və əmirliklərin bombardmanları, mühasirələri və təcavüzlərinin davam edəcəyi təqdirdə, onlar daha ağrılı və daha güclü hücumlar gözləməlidirlər.

Ənsarullah-ın səudiyyənin təsisatlarına qarşı hücumlarının şərtli dayandırılması xəbəri bu ölkənin şərqində yerləşən Aramko şirkətinə aid “Bəqiq” və “Hicrə Xəris” neftayırma zavodları on ədəd yəmənli pilotsuzun hücumuna məruz qalandan bir neçə gün sonra elan olunub.