Ali-səud rejimi öz ömürünün son günlərini yaşayır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349163-ali_səud_rejimi_öz_ömürünün_son_günlərini_yaşayır
Livan Hizbullahının baş katibi dünən ali-səud rejiminin bölgədəki məğlubiyyətləri və zalımcasına hərəkətlərinə işarə edərək, qeyd edib ki, daha bu rejim qocalıb və öz son mərhələlərini keçirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 23, 2019 07:05 Asia/Baku
  • Ali-səud rejimi öz ömürünün son günlərini yaşayır
    Ali-səud rejimi öz ömürünün son günlərini yaşayır

Livan Hizbullahının baş katibi dünən ali-səud rejiminin bölgədəki məğlubiyyətləri və zalımcasına hərəkətlərinə işarə edərək, qeyd edib ki, daha bu rejim qocalıb və öz son mərhələlərini keçirir.

Seyyid Həsən Nəsrullah Həzrət Ayətullahuluzma Xameneinin Əsərlərinin Qorunması və Nəşri Ofisi ilə müsahibədə qeyd edib ki, ərəbistanın anti-Fələstin mövqeləri, bu rejimin “əsrin sövdələşməsi”nə dəstək verməsi, Tramp qarşısındakı zəlilliyi keçmişdə özlərini müstəqil və azad təqdim edən səud hökmranlarının heybətini şübhə altına alıbdır.

Livan Hizbullahının baş katibi ərəbistanın İranla düşmənçilyinə də işarə edib və belə deyib: Bu düşmənçiliyin kökü İran İslam Respublikasının müqavimət mehvərinə və Fələstinə verdiyi dəstəklərə qayıdır.

Seyyid Həsən Nəsrullah bildirib ki, ərəbistan İslam İnqilbının qələbəsinin əvvəlindən bəri İran İslam Respublikası ilə düşmənçilik edibdir. O, əlavə edib: Səudlar müqavimət cəbhəsinin düşməni olublar və indi də vardırlar.

Livan Hizbullahının baş katibi İŞİD-in İraqda və Suriyadakı cinayətlərinə də toxunub: İŞİD-çilərin İraq və Suriyada törətdikləri/ Amerikanın, həmçinin ərəbistan başda olmaqla bəzi region hökumətlərinin himayəsi ilə həyata keçibdir.

Seyyid Həsən Nəsrullah həmçinin Livan və Fələstin müqavimətlərinin sionist rejimin təcavüzlərinə olan son cavablarına işarə edib. Deyib ki, döyüş qaydaları daha dəyişib və müqavimət sionist rejimin təcavüzlərinə cavabını qətiyyətlə verəcək.

Livan Hizbullahının baş katibi qeyd edib ki, sionistlər bundan öncə hücum mövqeində idilər, amma indi müdafiə qınına giriblər.