Okt 02, 2019 17:39 Asia/Baku
  • BMT: Bin Salman Qaşıqçını öldürdüyünü etiraf etdi
    BMT: Bin Salman Qaşıqçını öldürdüyünü etiraf etdi

BMT-nin məhkəmədənkənar qətllər üzrə xüsusi məruzəçisi səudiyyə vəliəhdinin Camal Qaşıqçını öldürdüyünü etiraf etdiyini söyləyib.

BMT-nin məhkəmədənkənar qətllər üzrə xüsusi məruzəçisi Agnes Kallamard dünən bildirib ki, səudiyyə vəliəhdi Muhəmməd bin Salman səudiyyə rejimini tənqid edən jurnalist Camal Qaşıqçının qətlinin hökumət səviyyəli olduğunu etiraf edibdir.

Kallamard bununla bağlı əlavə edib: Müstəqil təhqiqatlar göstərir ki, Bin Salmanın Qaşıqçının qətli ilə əlaqəsi barədə mötəbər faktlar mövcuddur.

BMT-nin xüsusi məruzəçisi eyni zamanda özünü bu cinayətdən uzaqlaşdırmaq üzrə səyinə görə, səud vəliəhdini tənqid edib və onu təhlükəli adam adlandırıb.

Agnes Kallamard həmçinin BMT-nin baş katibi Antonio Quterreşdən istəyibdir ki, Qaşıqçının qətli barədə müstəqil bir təhqiqat aparsın.

Teqlər