Ərbəin mərasiminin təhlükəsizliyinin təminində Əlhəşduşşəbi qüvvələrindən 40 min nəfər iştirak edəcək
İraqın Əlhəşduşşəbi qüvvələrində “Orta Fərat” əməliyyatının qərargah komandanı bu təşkilatın qırx mindən çox qüvvəsinin Hüseyn(ə) Ərbəini mərasimi zəvvarlarına xidmət və təhlükəsizliyin təmini bölmələrində iştirakından xəbər verib.
İraqın Əlhəşduşşəbi qüvvələrində “Orta Fərat” əməliyyatının qərargah komandanı briqada generalı Əli Əlhəmdani deyib: Əlhəşduşşəbi qüvvələrinin bir hissəsi İraqın digər silahlı qüvvələrinin kənarında hazırda Babil vilayətinin müxtəlif bölgələrindən tutmuş Nəcəf gölünədək olan ərazilərdə, Kərbəla strateji xəttində və Kərbəla vilayətinin bütün bölgələrində yerləşibdir.
Belə bir halda, İran İslam Respublikasının sərhəd qoşunlarının komandanı briqada generalı pasdar Qasem Rezayi dünən dörd qanuni sərhəd olan Şələmçə, Mehran, Çəzzabeh və Xosrəvi sərhədlərindən bir gün ərzində 550 min iranlı zəvvarın İraqa keçməsindən xəbər veribdir.