Atasının azadlığını gözləyən fələstinli əlil yeniyetmənin hekayəti
-
Atasının azadlığını gözləyən fələstinli əlil yeniyetmənin hekayəti
17 ildən sonra atasının azadlığını gözləyən fələstinli əlil yeniyetmənin hekayəti.
Xalid dünyaya gələrkən atası Tariq zindanda idi.
Bu gün Xalidin öz kənarında atasının varlığına ehtiyac duyduğu bir zamanda da Tariq hələ də əsirlikdədir. Xalidin atası bu günlər neçənci dəfə “ya qələbə, ya şəhadət” şüarı ilə aclıq elan edibdir.
Xalidin bibisi: Tariq on bir ildir ki, əsirlikdədir. İndiyədək on yeddi dəfə aclıq elan edib. Sionistlər onu mühakiməsiz həbsə atıblar. Bu gün yeganə oğlu Xalidin mövlud gününün ildönümüdür. Xalid hər iki ayaqdan iflicdir.
Xalidin anası: Qızım Bətul dünyaya gələrkən atası həbsxanada idi. Biz çox çətinliklərə dözmüşük.
Xalid: Atam sionist rejimin məhbəslərində aclıq elan edib. Qayıtmasını gözləyirəm...
Xalid hər gün sionist zindan məmurları ilə təyinedici mübarizəyə başlamış atasının azad olmasını gözləyir. Onun Bətul, Zəhra və Kərbəla İntizar adlı üç bacısı da atalarının geri dönməsini gözləyirlər.