Putin region böhranlarının diplomatik həllini vurğulayıb
Rusiya prezidenti ərriyadda ərəbistan vəliəhdi ilə görüşdə Yaxın Şərq və Şimali Afrika böhranlarının diplomatik həllini vurğulayıb.
Rusiya prezidenti Vladimir Putin dünən səud vəliəhdi Muhəmməd bin Salman ilə görüşdə deyib ki, Rusiya Yaxın Şərq və Şimali Afrika böhranlarının siyasi və diplomatik yollarla həllinə, eləcə də terrorizm ilə mübarizə üzrə səylərə dəstək verir.
Putin söyləyib: Rusiyanın əməkdaşlıqlarında məqsəd, bölgədə sülh və təhlükəsizliyin gücləndirilməsi və dünyanın enerji sektorunda sabitliyin bərqərarıdır və bütün bu amillərin yaxşı nəticələri olacaq.
Səud vəliəhdi də deyibdir ki, enerji sahəsində Moskva ilə ərriyad arasında əməkdaşlıq bölgənin sabitliyinə kömək edəcək.
Rusiya prezidenti ərriyada girişinin əvvəlində ərəbistan kralı, kral Salman ilə görüşüb.