Suriya ordusu Mənbicdə
https://azeri.sahartv.ir/news/qərbi_asia-i350563-suriya_ordusu_mənbicdə
Suriya ordusu qüvvələrinin Mənbic əhalisinin rəğbəti ilə üzləşən bu bölgədə yerləşəmələri orduya bu imkanı verəcək ki, Fəratdan keçib, Fəratın şərq bölgələrinə köçməklə Türkiyə qüvvələrinin sərhəd zolağında irəliləməsinin və bütün sərhəd zolağını işğal etməsinin qarşısını alsın.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2019 10:48 Asia/Baku
  • Suriya ordusu Mənbicdə
    Suriya ordusu Mənbicdə

Suriya ordusu qüvvələrinin Mənbic əhalisinin rəğbəti ilə üzləşən bu bölgədə yerləşəmələri orduya bu imkanı verəcək ki, Fəratdan keçib, Fəratın şərq bölgələrinə köçməklə Türkiyə qüvvələrinin sərhəd zolağında irəliləməsinin və bütün sərhəd zolağını işğal etməsinin qarşısını alsın.

Əlaləm telekanalının Suriyadakı müxbiri Rəbi Kələvəndi xəbər verir: Suriya ordusunun qüvvələri Mənbicin bütün bölgələri və kəndlərində, Hələbin şərqindəki bölgələrdən 1030 kvadrat-kilometrlik bir ərazidə yerləşərək, Suriya ordusunun səkkiz il bundan öncədən bəri daxil olmadığı bölgələrdəki bir neçə həyati təsisatı öz nəzarətləri altına alıblar.

Suriya ordusunun qüvvələri Türkiyə orudusunun təcavüzləri ilə mübarizə üçün Mənbicin bütün bölgələrində və onun Hələbin şərq ətrafında yerləşən kəndlərində yerləşiblər. Suriya ordusu qüvvələrinin iştirakı bu bölgələrin əhalisinin geniş rəğbəti ilə üzləşibdir.

Suriya ordusunun qüvvələrindən biri deyib: Biz Suriya ordusunun qüvvələriyik və hazırda Mənbicin şərqindəyik. Bizim iştirakımız bölgə əhalisinin xahişi ilə həyata keçərək, Türkiyə qüvvələri ilə mübarizə və bu bölgələrə qarşı hər cür hücumun qarşısını almaq üçündür.

Məlumatın davamında deyilir: Mənbic əhalisi Suriya bayrağını əlinə alaraq, ordu qüvvələrinin pişvazına çıxıbdır. Bu bölgələrin əhalisi bundan öncə ərəb köçəri tayfalarının başçıları vasitəsilə Suriya hökumətinə mesaj göndərərək, hökumətin bu bölgəyə girməsinə, bölgənin Suriyanın və onun hökumətinin qoynuna qayıtmasına təmayülünü elan etmişdi.

Bölgə sakinlərindən biri deyib: Suriyanın ordusu və hökumətini rəğbətlə qarşılayırıq. Ötən səkkiz il ərzində vətənimiz Suriya ilə heç bir əlaqəmiz yox idi və bu müddətdə bir çox hadisələri təcrübədən keçirdik və bu gün əlhəmdulillah, ölkənin qoynuna qayıtdıq.

Əlaləm telekanalının Suriyadakı müxbiri əlavə edib: Suriya ordusu qüvvələrinin bölgəyə yerləşdirilməsində əsas məqsəd,  Türkiyə ordusu ilə mübarizədir. Bundan əlavə, Mənbicin strateji mövqeyi Suriya ordusuna belə bir imkan yaradır ki, şərq bölgələrinə getmək üçün Fərat çayından keçərək, özünü Əynulərəb-in yaxınlığında Suriya-Türkiyə sərhədlərinə çatdırmaqdır ki, Türkiyənin bu bölgələrdəki nüfuzunun yayılmasının qarşısnı almış olsun.. Ankaranın bu hərəkətdə məqsədi, bütün sərhəd zolağını işğal etməkdir.