Livanda yanğın yüz milyonlarla dollar xəsarət törədib
Okt 16, 2019 14:12 Asia/Baku
-
Livanda yanğın yüz milyonlarla dollar xəsarət törədib
Livanın meşəlik və dağlıq bölgələrində geniş yanğın payız küləklərinin əsməsi səbəbindən böyük xəsarətlər törədibdir.
Livanlı rəsmilərin bu nadir yanğından irəli gələn xəsarətlərin miqdarı barədə fərqli statistikalar təqdim etmələrinə rəğmən, həmin statistikalar yüz milyonlarla dollar xəsarətdən xəbər verir.
Livan ərazisinin 1500 hektar ərazisində meşə və bitki örtüyünün yüz faiz dağılması və dağlıq bölgələrdən iki min hektara 20-65 faizlik xəsarətin dəyməsi bu yanğının həmin ölkənin ətraf mühitinə vurduğu zərərin bir hissəsidir. Elektrik xətləri və əlaqə yollarına zərərin dəyməsi, onlarla ev və avtomobilin yanması da Livandakı böyük yanğının digər xəsarətlərindəndir.