Okt 29, 2019 19:30 Asia/Baku
  • Kərbəla valisi: Dünəngecəki etirazlarda tələfat olmayıb
    Kərbəla valisi: Dünəngecəki etirazlarda tələfat olmayıb

Kərbəla valisi bildirib ki, dünən gecə bu şəhərdəki xalq etirazları və toqquşmalar bəzi mediaların iddialarına rəğmən, heç bir tələfat törətməyibdir.

Bəzi medialar, o sıradasn Röyters və Ələrəbiyyə İraqda fitnə salmaq istiqamətində iddia ediblər ki, Kərbəlada polisin nümayişçiləri atəşə tutması zamanı on üç nəfər ölüb, 865 nəfər də yaralanıbdır.

Nəsif Əlxitabi bir mətbuat konfransında deyib: Bazar ertəsigünkü aksiyda bədən xəsarəti alanların əksər hissəsi adi əhali deyil, təhlükəsizlik qüvvəsi olubdur. Zira təhlükəsizlik qüvvələrinə göstəriş verilibdir ki, etirazçılara qarşı hərbi güllə işlətməsinlər.

“Orta Fərat” əməliyyatının komandanı Əli Əlhaşimi də bu şayiələri rədd edib və deyib ki, dünəngecəki hadisələrdə heç kəs ölməyibdir.

İraqlı etirazçılar işsizlik, rəsmilər arasında korrupsiya, həmçnin qarışıq iqtisadi və məişət şəraitinə etiraz olaraq, oktyabrın 25-dən öz aksiyalarının ikinci dövrünə başlayıblar.

 

 

.

 

 

.

 

 

Teqlər