Noy 01, 2019 11:42 Asia/Baku
  • Əsəd: Rusiya və Türkiyənin razılaşması müvəqqətidir
    Əsəd: Rusiya və Türkiyənin razılaşması müvəqqətidir

Suriya prezidenti bu ölkənin şimal-şərqində yaranmış böhranın həlli barədə Rusiya ilə Türkiyə arasındakı Soçi razılaşmasını müvəqətti adlandırıb.

Bəşşar Əsəd dünən gecə Suriya televiziyası ilə söhbətdə deyib: Rusiya-Türkiyə razılaşması Türkiyə və Suriyanın sərhəd bölgələrində beynəlxalq təhlükəsiz zonanın yaradılmasına dair Almaniyanın layihəsilə müxalifət, amerikalıların üzünə yolun bağlanması, həmçinin Türkiyənin tamahkarlıqlarının aradan qaldırılması və nəzarətə alınması üçün müvəqqəti bir razılaşmadır.

Suriya prezidenti deyib: Əgər siyasi addımlar onların müxtəlif səpkiləri və üslublarında nəticə verməzsə, savaş seçimi gündəmə gətiriləcək və başqa bir seçim yoxdur.

Əsəd vurğulayıb: Suriyanın şimal-qərbində, İdlibdə tədrici azadetmə tezliklə və Suriyanın şimalındakı bütün siyasi fürsətlər aradan getdikdən sonra həyata keçiriləcəkdir.

Suriya prezidenti Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanla ehtimal olunan görüşə reaksiyada deyib: Əgər belə bir görüşün nəticələri olar və Suriyanın maraqlarını təmin edərsə, emosiyalar kənara qoyulacaqdır.

 

Teqlər