Noy 04, 2019 12:31 Asia/Baku
  • İraqda sakitliyin pozulmasında ABŞ, İsrail və BƏƏ rol oynayır
    İraqda sakitliyin pozulmasında ABŞ, İsrail və BƏƏ rol oynayır

İraqın Əsayibi Əhlül-həqq Hərəkatının baş katibi deyib: ABŞ, sionist rejim və Birləşmiş Ərəb Əmirlikləri üçbucağı İraqda sakitliyin pozulması və qarşıdurma yaradılmasını istəyirlər.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Feys Əl-Xəzəli dünən Əl-İraqiyyə telekanalına verdiyi müsahibədə son vaxtlar ölkədə sakitliyin pozulmasında xarici müdaxilə barədə faktların mövcud olduğunu bildirərək deyib: Təxribatçılara İraqın təhlükəsizliyini təhdid etməkdə daha irəliyə getmək imkanı verilməməlidir. 

Əsayibi Əhlül-həqq Hərəkatının baş katibi İraqın xalq səfərbər qüvvələri-Həşdüşşəbiyə qarşı məkirli planlara datoxunub: " Bir qrup Həşdüşşəbini zəiflətmək üçün İraqın bütün problemlərində bu təşkilatı günahlandırmağa cəhd göstərirlər. "

İraqın bəzi vilayətləri o sıradan Bağdad son həftələr ərzində etiraz aksiyalarının şahidi olmuşdur. Aksiyaçılar ölkədə kommunal xidmətlərin yararsız olması, iş yerlərinin olmaması və hökumət dairələrində korrupsiyaya qarşı etirazlarını bildiriblər amma bu aksiyalar son günlərdə dinc formadan çıxıb və onlarla adamın ölümü və yaralanması ilə nəticələnib. 

Görünənlər bunu deməyə əsas verir ki, İraqda etiraz aksiyaları xalqın öz içindən qaynayıb-coşmamışdır və bu prossesdə əcnəbilərin rolu var. 

Teqlər