İraq XİN İranın Kərbəladakı konsulluğuna hücumu pisləyib
İraqın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq aksiyaçı örtüyü altında bəzilərinin İran İslam Respublikasının Kərbəladakı konsullğuna hücumunu pisləyib.
İRNA-nın verdiyi məlumata görə, İraq XİN bu gün bir bəyanat yayaraq bu kimi hərəkətlərin İran İslam Respublikası ilə İraq arasındakı dostluq əlaqələri və dinc qonşuluq münasibətlərinə heç bir təsir buraxmayacağını bildirərək deyib: Qarşılıqlı razılaşmalar əsasında İraqda yaradılmış diplomatik nümayəndəliklərin təhlükəsizliyi pozulmamalıdır.
İraqın XİN bu ölkənin təhlükəsizlik aparatlarının xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmini üçün lazım olan hər bir tədbiri həyata keçirdiklərini bildirərək vurğulayıb ki, kimsəyə təhlükəsizlikləri qırmızı xətt olan xarici konsulluq və diplomatik nümayəndəliklərə hərhansı hücum icazəsi verilməyəcək.
Dünən axşam bir qrup naməlum şəxs aksiyaçı adı altında İranın Kərbəladakı konsulluğunun eşik divarına çıxmaq istəyib və bu anda konsulluğu mühafizə qüvvələrinin müqaviməti ilə üzləşib.
İraqın təhlükəsizlik qüvvələri bir neçə saatdan sonra bu kiçik toplantını dağıda biliblər. İran konsulluğu və onun işçilərinə heç bir ziyan dəyməyib.
Don həftələr ərzində İraqın bəzi şəhərləri ölkədə işsizlik, korrupsiya və kommunal xidmətlərin yetərsiz olmasına qarşı etiraz aksiyalarının şahidi olub amma son günlər bəzi region və qərb dövlətlərinin müdaxilələri nəticəsində dinc formadan uzaqlaşıb və yüzlərlə adamın ölümü və yaralanması ilə nəticələnib.
İRAQ XİN İRAN KONSULLUĞUNA QARŞI HÜCUMU PİSLƏYİB