Noy 11, 2019 18:15 Asia/Baku
  • Bəşşar Əsəd: Əbu Bəkr əl-Bağdadi ABŞ məmuru idi
    Bəşşar Əsəd: Əbu Bəkr əl-Bağdadi ABŞ məmuru idi

Suriya prezidenti deyib: Amerika yalnız Ağ Ev-in siyasətlərini icra edə biləcək tərəflərlə yola gəlir.

Suriya prezidenti Bəşşar Əsəd, şərhi bu gün yayılan “Rossiya Today” kanalı ilə müsahibəsində bildirib ki, İŞİD terror qrupunun başçısı Əbu Bəkr əl-Bağdadi Amerika məmuru idi. O, əlavə edib: Amerika elə bir halda Ben Ladənin və Əbu Bəkr əl-Bağdadinin öldüyünü iddia edir ki, onların cəsədlərini göstərmir.

Bəşşar Əsəd deyib: Amerika elə bir halda özünü terrorçularla mübarizənin iddiaçısı kimi təqdim etməyə çalışır ki, bu ölkə Türkiyənin müşayiəti ilə 2014-cü ildən Suriya neftinin qarət edilməsində İŞİD terrorçuarının şərikidir.

Suriya prezidenti bildirib ki, sionistlər bölgə xalqlarının düşmənləridirlər.

O, deyib: Sionist rejim Suriya ərazisinin bir hissəsini işğal edib. Buna görə, Suriyanın zərərinə olan hər bir prosesdə iştirak edir.

Bəşşar Əsəd həmçinin Qərb medialarının realizmdən uzaq olmalarına işarə edib. Vurğulayıb ki, Suriyadakı hazırkı sabitlik, dünyasını dəyişmiş və yaralanmış yüz mindən çox suriyalı əsgərin canfəşanlığının məhsuludur.

Suriya prezidenti Qərbin ikili standartlarını tənqid edərək, söyləyib: Qərblilərin rəvayətinə görə, Suriya ordusunun güllələri, raketləri və bombaları yalnız mülkiləri öldürə bilər, halbuki Suriyanın hava hücumları təkcə terror qruplarına qarşıdır.

Əsəd bildirib ki, Suriya kürdlərinin əksər hissəsi ölkənin siyasi quruluşu ilə yaxşı münasibətlərə malikdir. O, əlavə edib: Qərblilər Suriya xalqına ziyan vurmaq istəyirlər. Zira gözləntiləri bu idi ki, bu xalq Suriya hökumətinə qarşı hərəkət edəcək, halbuki suriyalılar öz ölkələrinin siyasi quruluşunu himayə edirlər.

 

 

Teqlər