Sionist rejimin qandalları ilə 30 səud şahzadəsi nəzarət altındadır
Noy 15, 2019 21:27 Asia/Baku
Səud rejiminin müxaliflərindən biri ifşa edibdir ki, sionist rejimin qandalları ilə 30 səud şahzadəsi nəzarət altındadır.
Səud rejiminin müxalifi və universitet müəllimi Səid bin Nasir Əlqamidi bu gün tvitter-dəki istifadəçi hesabında yazıb: Ərriyad otuzdan çox şahzadəni, o sıradan sabiq vəliəhd Muhəmməd bin Naif, keçmiş kralın oğlu Mutəəb bin Əbdullah və ərəbistan kəşfiyyat aparatının keçmiş rəisi Bəndər bin Salmanı sionist elektron qandalları ilə nəzarətdə saxlayır.
Bu səud rejimi müxalifi əlavə edib: Sionist rejiminn NSO şirkəti ali-səud xanədanının telefon danışıqlarını dinləməklə məşğuldur.
Muhəmməd bin Salman səud vəliəhdi təyin ediləndən bəri səud şahzadələrinə qarşı zorakılıq artmağa başlayıbdır.