Dek 10, 2019 14:37 Asia/Baku
  • Tvitter Suriya prezidentinin istifadəçi hesabını bağlayıb
    Tvitter Suriya prezidentinin istifadəçi hesabını bağlayıb

Suriya prezidentinin tvitter-dəki istifadəçi hesabı onun müsahibəsi bir Avropa peyk kanalından yayılarkən gözlənilmədən bağlandı.

Tvitter Suriya prezidenti Bəşşar Əsədin istifadəçi hesabını onun İtaliyanın “Rai news” telekanalı ilə müsahibəsi yayılandan sonra bağlayıb. Qeyd edək ki, bu kanal həmin müsahibədən bir neçə gün keçmiş olsa da onu yaymaqdan çəkinmişdi.

O, dünən gecə Suriya medialarından yayımlanan həmin telekanal ilə müsahibəsində Avropanın Amerikanın və Suriyada çaxnaşma və iğtişaş törətməkdə əsas rol oynayan bəzi digər ölkələrin kənarında durduğunu bildirib. O, eyni zamanda ölkəsinin gələcəyini ümidvaredici adlandırıb.

Bəşşar Əsəd həmçinin ölkəsinin daxili işlərinə müdaxilə edilməməsini və bütün tərəflərin beynəlxalq qanunlara sadiq qalmaları və onun pozulmasının qarşısının alınmasını istəyibdir.

 

 

Teqlər