Dek 29, 2019 15:39 Asia/Baku
  • Səud koalisiyası tərəfindən yəmənli gəmilərin saxlanılması davam edir
    Səud koalisiyası tərəfindən yəmənli gəmilərin saxlanılması davam edir

Səud koalisiyası Yəmən xalqını daha da sıxışdırmaq üçün on minlərlə ton benzin və kerosin daşıyan doqquz gəmini saxlamaqda davam edir.

Yəmənin neft şirkəti bildirib ki, Əlhudəydə limanına daxil olmaq icazəsinə malik olan doqquz gəmi də noyabrın əvvəllərindən bəri saxlanlımaqdadır.

Yəmənin neft şirkəti bildirib ki, təcavüzkar səud koalisiyası tankerləri saxlamaq siyasətini davam etdirərək, yəmənli mülkiləri daha da sıxışdırmaq və əzablarını artırmaq ardıncadır. Bu şirkət səud təcavüzkarlarının və BMT-nin İsveç sülhünün ardıcıl şəkildə pozulmasında məsuliyyət daşıdıqlarını bildirir.

Ərəbistan beş ildir, ABŞ-ın və sionist rejimin dəstəyilə koalisiya yaradıb və Yəmənin müxtəlif şəhərlərinə qarşı hücumlar keçirərək, qida maddələri, dərman preparatları və xalqın ehtiyac duyduğu digər vəsaitlərin bu ölkənin müxtəlif şəhərlərinə çatmasının qarşısını alır.

Səud koalisiyası dəfələrlə dənizdə neft məmulatları daşıyan gəmiləri dayandırıb və yüklərini Yəmənin Əlhudəydə limanında boşaltmaları üçün yollarını davam etdiməyi əngəlləyibdir.

 

Teqlər