ABŞ-ın Bağdaddakı səfirliyinin mühafizəçilərinin atəşi nəticəsində 10 iraqlı yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355090-abŞ_ın_bağdaddakı_səfirliyinin_mühafizəçilərinin_atəşi_nəticəsində_10_iraqlı_yaralanıb
Amerikanın Bağdaddakı səfirliyinin Əl-Həşdüşşəbinin şəhidlərinin dəfn mərasimində iştirak edənlərin üzərinə atəş açması nəticəsində 10 iraqlı yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2019 16:07 Asia/Baku
  • ABŞ-ın Bağdaddakı səfirliyinin mühafizəçilərinin atəşi nəticəsində 10 iraqlı yaralanıb
    ABŞ-ın Bağdaddakı səfirliyinin mühafizəçilərinin atəşi nəticəsində 10 iraqlı yaralanıb

Amerikanın Bağdaddakı səfirliyinin Əl-Həşdüşşəbinin şəhidlərinin dəfn mərasimində iştirak edənlərin üzərinə atəş açması nəticəsində 10 iraqlı yaralanıb.

Amerikanın Bağdaddakı səfirliyinin gözətçiləri səfirlik binasının qarşısına toplaşan iraqlılara qarşı gözyaşardıcı qaz və tustuləyən bombalardan istifadə edib. 

Bu gün səhərdən başlayaraq minlərlə iraqlı Bağdadın yaşın məntəqəsində yerləşən Amerikanın səfirliyi binası qarşısına toplaşaraq səfirliyin girişlərindən birini yandırıb və divarlarına qalxaraq Həşdüşşəbinin bayraqlarını ucaldıblar və Amerikaya ölüm şüarları səsləndiriblər. 

Bu məlumata görə, Amerikanın səfirliyi aksiyaçıların qəzəbini gördükdə İraq dövlətindən yardım istəyib. 

İraq dövləti də bildirib ki, iraqlı etirazçıların sayının çox olduğuna görə, səfirliyin təhlükəsizliyini təmin etməkdə üzürlüdür.