Yəmən xalqı ABŞ-ın general Soleymaniyə qarşı cinayətini pisləyib
Yəmənin Səədə vilayətinin on minlərlə sakini bir aksiyada Amerikanın İraqa təcavüzünü, həmçinin general-leytenant Qasem Soleymani ilə Əbu Məhdi Əlmuhəndisi şəhid etməsini pisləyibdir.
Əllərində general-leytenant Qasem Soleymani ilə Əbu Məhdi Əlmuhəndisin şəkilləri olan aksiya iştirakçıları "Müqavimət şəhidlərinin qanı cinayətkarları məhv edəcək!" şüarı veriblər.
Səədə valisi Muhəmməd Cabir Əvəz bu aksiyada vurğulayıb ki, Amerikanın hərəkəti son dərəcə təhlükəli olub və ona yeganə layiqli cavab, şərin məhv edilməsi, həmçinin amerikalı qüvvələrin İraqdan və regiondan çıxarılmalarıdır.
Səədə valisi Yəmən xalqının İran və İraq xalqları ilə həmrəylik ifadə etdiyini bildirib. O, deyib: Yəmənlilər İran rəhbərliyinin, habelə İraqın, Əlhəşduşşəbi-nin, Qüds qüvvələrinin, müqavimətin və azad xalqların kənarında Amerikanın və sionist rejimin məhv edilməsi üçün müqavimət göstərəcəklər.