İraq ABŞ üçün digər bir Vyetnama çevriləcək
İraqda Sədr cərəyanının rəhbəri ABŞ prezidentinə xitabən vurğulayıb: İraqı amerikalı hərbçilər üçün digər bir Vyetnama çevirəcəyik.
Amerika prezidenti Donald Tramp İraq parlamentinin amerikan hərbçilərin bu ölkədən qovulmaları barədəki qərarına reaksiyada İraqı geniş sanksiyalarla hədələdi.
İraqda Sədr cərəyanının rəhbəri Muqtəda Sədr bu gün tvitter səhifəsində Amerika prezidentinə xitabən əlavə edib: Görən, Vyetnamı unutmusan, yaxud digər bir bataqlığa düşmək həvəsindəsən ki, onda, əvvəli, İraqın cənubunda yerləşən Bəsrə şəhərində, sonu isə bu ölkənin şimalında yerləşən Dəhuk-da olan bir ordu ilə üzləşəsən?
İraqda Sədr cərəyanının rəhbəri Trampa üzunü tutaraq, deyib: Ey qumarxanaların törəməsi, bir xalqı ac qoymaqla hədələyir və elə bilirsən ki, Ərəbistanın və Fars Körfəzi ətrafında onunla müttəfiq olan ölkələrin əmlakı və ya sənin hərbi cəbbəxanaların sənə xeyir gətirəcək? Bil ki, sənin evin hörümçəyin evindən daha süst, silahın isə ağcaqanadın tikanından daha zəifdir.
Moqtəda Sədr deyib: Dünən İraqı azad etmək iddiası ilə çıxış edən və hazırda bu xalqı təslim etmək ardınca olan Amerikanın əsl niyyəti bu gün üzə çıxıb. O, Trampa nəsihət edərək, bildirib: Yaxşı olar ki, özündən qabaqkı şəxs kimi olmayasan, çünki peşman olarsan.
İraqda Sədr cərəyanının sədri Trampa xitabən vurğulayıb: Əgər siz sülh ardınca olmuş olsanız, İraq xalqı sülh məktəbinin məzunudur, yox əgər müharibə istəmiş olsanız, bu xalq cəngavərdir və keçmişdə sınaqdan uğurla çıxıbdır.