Abu Mehdi Əl-Mühəndisin dəfn mərasimi keçirilib
İraqın xalq səfərbər qüvvələrinin komandan müavini Əbu Mehdi Əl-Mühəndisin Nəcəfi-Əşrəf şəhərində "Amerikaya ölüm" şüarları altında dəfn mərasimi keçirilib.
İRNA-nın məlumatına görə, bu gün yanvarın 8-də Nəcəfi-Əşrəf şəhərinin əhalisi, İraq xalqı və həmçinin Əbu Mehdi Əl-Mühəndisin silahdaşlarının iştirakı ilə bu şəhidin pak cənazəsi dərin hüzn və kədər hissilə müşayiət olunub və şiələrin birinci imamı Həzrəti Əli-in (ə) pak hərəminin kənarında torpağa tapşırılıb.
Əbu Mehdi Əl-Mühəndisin ailəsi və silahdaşları "Amerikaya ölüm" və "İsrailə ölüm" şüarları səsləndirərək, Həşdüş-Şəbinin bu yüksək rütbəli komandanı ilə vidalaşıblar. Onlar ABŞ-dan Ordu generalı Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhid edilməsi üçün qisas alacaqlarını vurğulayıblar.
Əbu Mehdi Əl-Mühəndisin torpağa tapşırılması anları İraq xalqı xüsusilə də bu şəhidin silahdaşlarını matəmə qərq etmişdi, lakin İslam İnqilabı Keşikçiləri Korpusu-Sepahın intiqam aldığını və ABŞ-ın İraqda yerləşən ən böyük hərbi bazasına raket hücumu həyata keçirdiyi xəbərini eşitmək İraq xalqının kədərli ürəklərinə təsəlli verdi.