Yan 14, 2020 09:00 Asia/Baku
  • İraqlı qruplar əcnəbi qüvvələrin bu ölkədən çıxmalarını vurğulayıblar

İraqda xalq səfərbər qüvvələri və İraq parlamentinin ən böyük fraksiyası- Əlhəşduşşəbi, bu ölkənin parlamenti və baş nazirinin əcnəbi qüvvələrin İraqı tərk etmələrinə dair qərarına öz dəstəyini elan edib.

Əlhəşduşşəbi-nin komandanları dünən öz iclaslarında bu qrupun ən mühüm prioritetini İraqın parlamenti və baş nazirinin qərarına əsasən, amerikalılar xüsusiyyət təşkil etməklə əcnəbi qüvvələrin bu ölkədən çıxmaları elan ediblər.

Bu iclasda həmçinin İŞİD terror qrupunun qalıqları ilə mübarizə üçün geniş əməliyyatın icrasının davam etdirilməsinə təkid olunub.

Belə bir halda, İraq parlamentində ən böyük fraksiya olan Əlfəth fraksiyasının sədri Muhəmməd Əlğəban xəbərdarlıq edib ki, amerikalı qüvvələrin İraqdan çıxmamaları bu ölkədə çəkişmələr və gərginliklərin artmasına bais olacaq.

 

 

Teqlər