Terrorçuların Hələbə qarşı mərmi hücumunda 11 nəfər ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357275-terrorçuların_hələbə_qarşı_mərmi_hücumunda_11_nəfər_ölüb_və_yaralanıb
Terror qrupları Hələb şəhərinin qərbində şəhərin bəzi bölgələrini mərmi və raket hücumlarına məruz qoyublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 06, 2020 08:43 Asia/Baku
  • Terrorçuların Hələbə qarşı mərmi hücumunda 11 nəfər ölüb və yaralanıb
    Terrorçuların Hələbə qarşı mərmi hücumunda 11 nəfər ölüb və yaralanıb

Terror qrupları Hələb şəhərinin qərbində şəhərin bəzi bölgələrini mərmi və raket hücumlarına məruz qoyublar.

Bu hücumlarda azı 4 mülki, o sıradan bir uşaq ölüb, 7 nəfər də yaralanıbdır.

Belə bir halda, Suriya ordusunun İdlib vilayətindəki irəliləyişləri, eləcə də Hələbin qərbi və cənubunda ordu qüvvələrilə terrorçular arasındakı döyüşlər davam edir.

Suriya ordusu terrorçuların İdlib vilayətindəki atəşkəsi ardıcıl şəkildə pozmalarına cavab olaraq, son zamanlar bu bölgədə hərbi əməliyyata başlayıb və indiyədək bu vilayətin bəzi hissələrini öz nəzarəti altına ala bilibdir.

İdlib vilayəti terror qruplarının Suriyadakı sonuncu bazasıdır. Bu vilayətin, həmçinin Hələbin qərbi və Laziqiyyənin şərqindən bəzi hissələrin azad edilməsilə terrorizmin bu ölkədəki iştirakına son qoyulacaqdır.