BAT-ın ali-səud müxaliflərinin gizli məhkəmələrdəki mühakiməsi barədə məlumatı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357291-bat_ın_ali_səud_müxaliflərinin_gizli_məhkəmələrdəki_mühakiməsi_barədə_məlumatı
Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, Ərəbistan üzdəniraq terrorizm işlərinin mühakiməsi üçün gizli bir məhkəmədən tənqidçilərə qarşı “repressiya silahı” kimi istifadə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 06, 2020 17:55 Asia/Baku
  • BAT-ın ali-səud müxaliflərinin gizli məhkəmələrdəki mühakiməsi barədə məlumatı
    BAT-ın ali-səud müxaliflərinin gizli məhkəmələrdəki mühakiməsi barədə məlumatı

Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, Ərəbistan üzdəniraq terrorizm işlərinin mühakiməsi üçün gizli bir məhkəmədən tənqidçilərə qarşı “repressiya silahı” kimi istifadə edir.

Beynəlxalq Amnistiya Təşkilatı bu gün bir məlumatda bildirib ki, Ərəbistan “repressiya silahı”ndan şiələrə, din xadimlərinə, jurnalistlərə, akvistlərə və tənqidçilərə qarşı istifadə və bəzilərini ölüm və edama məhkum edibdir.

Londonda yerləşən bu insan haqları təşkilatı məhkəmə sənədlərini araşdırıb və bu hesabatı hazırlamaq üçün vəkillər və aktivistlərlə söhbət edibdir.

Beynəlxalq Amnistiya Təşkilatı 2011-2019-cu illər arasında bu məhkəmədə mühakimə olunmuş 95 nəfərin işini araşdırıbdır ki, onlardan 27 nəfər siyasi əqidələri və ya fəaliyyətlərinə görə, məsuliyyətə cəlb olunubdur.