Fev 16, 2020 15:22 Asia/Baku
  • Bağdadda Həşdüş-Şəbinin bazasına raket hücumu edilib

İraqın təhlükəsizlik qüvvələri Həşdüş-Şəbinin Bağdadın mərkəzindəki bazasının raket hücumuna məruz qaldığını xəbər veriblər.

"Əl-Suməriyyə" kanalının verdiyi məlumata görə, İraq Birgə Əməliyyat Komandanlığı bir bəyanat yayaraq, bildirib ki, bu gün səhər saatlarında Bağdadın mərkəzinə dörd "katyuşa" raketi atılıb ki, onlardan biri Həşdüş-Şəbinin Fələstin prospektində yerləşən Dəstək və Logistika Qərargahına dəyib. Nəticədə bu qüvvələrin bir neçə avadanlıq və texnikasına ziyan dəyib.

Bəyanatda əlavə edilir ki, digər üç raket də Bağdadın "Yaşıl Zona"sına düşüb.

İraq Birgə Əməliyyat Komandanlığının məlumatına görə, bu hücumların insan tələfatı olmayıb.

"Yaşıl Zona" Bağdadın mərkəzində yerləşən təhlükəsizlik qoruq zonasıdır ki, Səddamın Bəəs rejiminin devrilməsindən sonra bir sıra təhlükəsizlik və qorunma səbəblərinə görə, ABŞ tərəfindən işğal edilib və orada bir çox orqan, hökumət təşkilatları və mərkəzləri, beynəlxalq təşkilatlar , o cümlədən BMT-nin və  Avropa İttifaqının ofisləri, həmçinin xarici ölkələrin səfirlikləri xüsusilə ABŞ səfirliyi yerləşir.

Sözü gedən zona vaxtaşırı naməlum şəxslər tərəfindən raket hücumuna məruz qalır.

Teqlər