Fev 25, 2020 21:27 Asia/Baku
  • Hüsnü Mübarək vəfat etdi
    Hüsnü Mübarək vəfat etdi

Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin vəfat etdiyi xəbər verilir.

Misirin dövlət televiziyası bu gün fevralın 25-də təcili bir xəbərdə Misirin 91 yaşlı devrilmiş prezidenti Hüsnü Mübarəkin öldüyünü təsdiqləyib.

Mübarəkin ölüm xəbəri elə bir halda yayılır ki, onun ailəsi bu haqda sükut edib və bu xəbərin düzgün olub-olmaması barədə heç bir bəyanat verməyib.

Hətta atasının səhhətilə bağlı xəbərləri özünün rəsmi Tvitter səhifəsində paylaşan böyük oğlu Əla Mübarək də bu məsələyə reaksiya verməyib.

Əla Mübarək iki gün əvvəl Tvitterdəki səhifəsində atasının xəstəxanaların birində reanimasiya şöbəsinə yerləşdirildiyini yazmışdı.

Misir xalqı 2011-ci il yanvarın 25-də Hüsnü Mübarəkin 30 illik diktaturasına son qoyaraq, onu devirdi.

Teqlər