Hələb-Dəməşq beynəlxalq avtomagistralında hərəkət bərpa olub
Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətinə asayişin qayıtması ilə bir zamanda Hələb-Dəməşq beynəlxalq avtomagistralında hərəkət bərpa olub.
Suriyanın SANA informasiya agentliyi xəbər verib ki, şəxsi və ictimai avtomobillər və motosikletlərin Hələb-Dəməşq avtomagistralının Səraqəb bölməsində hərəkəti bərpa olunubdur.
Terrorçular ötən həftə Səraqəb şəhərinin bəzi hissələrini işğal ediblər ki, bu şəhərin Suriya ordusu tərəfindən yenidən azad edilməsilə Suriyanın bu strateji istiqamətində hərəkət cərəyan edir.
Rusiya və Türkiyə başçıları cümə axşamı günü Kremldə apardıqları müzakirələrdə razılığa gəliblər ki, Hələb bölgəsini Laziqiyyə limanına qovuşduran şose yolunun kənarında təhlükəsizlik dəhlizi yaradılsın.
HƏLƏB-DƏMƏŞQ AVTOMAGİSTRALINDA HƏRƏKƏT BƏRPA OLUB