May 20, 2020 14:05 Asia/Baku
  • Fransa və Almaniya qərb sahilinin işğalına qarşı çıxıblar

Fransa və Almaniya da sionist rejimin qərb sahilinin işğal olunmuş ərazilərə qatılması qərarı ilə müxalifət ediblər.

SaharAzeri xəbər verir: Sionist rejimin qərb sahilindən böyük bir hissəni işğal etmək üzrə qərarına qarşı beynəlxalq reaksiyaların davamında Fransa və Almaniya hökumətləri də bildiriblər ki, bu məsələ Təl-Əviv- Avropa Birliyi əlaqələrini poza bilər.

Fransa xarici işlər nazirliyi bu barədəki bir açıqlamada bildirib ki, Paris bir daha Fələstin-sionist rejim münaqişəsinin ədalətli və davavmlı həll yoluna olan öhdəliyinə təkid edir. Bu məsələyə əsasən, Təl-Əviv başçılarından istənilir ki, fələstinlilərin ərazilərindən bəzi hissələrin və ya onun hamısının mənimsənilməsilə nəticələnəcək hər cür birtərəfli addımdan çəkinsinlər.

Bu açıqlamaya əsasən, Fransa hələ də regional sabitlik, təhlükəsizlik və sülhə nail olmağın yeganə yolu kimi tərəflər arasındakı müzakirələrin bərpası istiqamətində hər cür səyi himayə etməyə tamamilə hazırdır.

Almaniyanın xarici işlər naziri Hayko Maas və Fələstin muxtariyyətinin baş naziri Muhəmməd Əştiyyə birgə bəyanatda sionist rejimin yeni nazirlər kabinetinin işğal planını icra etmək barədəki razılaşmasından nigarançılıq edərək, vurğulayırlar: Fələstinlilərin işğal olunmuş xüsusi ərazilərinin hər bir hissəsinin, o sıradan Qüdsi-Şərifin əlavə olunması beynəlxalq qanunların pozulması deməkdir və Fələstin-sionist rejim münaqişəsinin həlli yolunun mövcudluğu üzrə ehtimalları kəskin tərzdə zəiflədir.

Sionist rejimin baş naziri Benyamin Netanyahu bildiribdir ki, nazirlər kabinetinin qərb sahilnin işğal olunmuş ərazilərə qatılması barədəki müzakirələri iyul ayında başlayacaqdır.

PARİS VƏ BERLİN QƏRB SAHİLİNİN İŞĞALINA QARŞI ÇIXIBLAR

Teqlər