May 27, 2020 12:15 Asia/Baku
  • Sionist rejimin sabiq baş naziri Hizbullahın qüdrətini etiraf etdi

Sionist İsrailin keçmiş baş naziri Ehud Barak Livan Hizbullahının bölgədə əsas güc mərkəzlərindən biri olduğunu etiraf edib.

SəhərAzəri xəbər veriri, Sionist rejim ordusunun Livandan geri çəkilməsinin 20-ci ildönümündə çıxış edən Ehud Barak bu qərarı özünün hərbi və siyasi həyatı dövründə verdiyi ən vacib strateji qərar adlandırıb və deyib: "Son 20 ildə "Hizbullah" Livan ordusunun imkanlarından kənara çıxaraq hərbi arsenalını, imkanlarını və silahlanmasını genişləndirib.  

Barak qeyd edib ki, "Hizbullah" İsrailin Livan ərazilərindən geri çəkilməsindən sonra böyük bir gücə çevrildi, və onun gücü 2006-cı ildəki müharibədən sonra ikiqat artdı.

Geri çəkilmənin ildönümündə həmçinin işğalçı rejim ordusunun ehtiyatda olan generalı İshaq Brik "Haaretz" qəzetindəki məqaləsində yazıb: "İsrail ordusu növbəti müharibədə daxili cəbhəni müdafiə etmək qabiliyyətini itirib. Çünki bölgədəki qarşıdurmanın qaydaları dəyişib, Hizbullah öz arsenalında 200 min raket və minaatanla İsrailə ağır zərbə endirə bilər". 

Teqlər