May 28, 2020 19:09 Asia/Baku
  • Suriya xalqı ABŞ hərbi karvanının Əlhəsəkə vilayətindən keçməsinə mane olub

Suriyanın şimal-şərqində yerləşən iki kəndin sakinləri bu bölgədən keçmək istəyən ABŞ hərbi karvanını geri çəkilməyə məcbur ediblər.

SəhərAzəri xəbər verir, Suriyanın Əlhəsəkə vilayətinin Təl-Təmər bölgəsində yerləşən Əlqahirə və Əldəşişə kəndlərinin sakinləri bu gün daş atıb, şüarlar verməklə amerikan avtomobillərin keçidinə mane olublar.

Dünən də Təl-Təmər bölgəsində yerləşən Suriyanın ordu qüvvələri oxşar bir addımda bir ABŞ hərbi karvanının qarşısını alıblar.

ABŞ və müttəfiqləri terror dəstələri ilə mübarizə bəhanəsilə qanunsuz şəkildə Suriyada hərbi iştiraka malikdirlər.

Dəməşq dəfələrlə vurğulayıbdır ki, ABŞ və müttəfiqlərinin Suriyadakı hərəkətləri bu ölkənin işğalı mənasındadır.

Suriyanın Ələxbariyyə telekanalı bildiribdir ki, Türkiyə qüvvələri Suriyanın şimal-şərqindəki kənd təsərrüfatı məhsullarını oğurlamaq üçün onlarla kombaynı bu ölkəyə daxil edib və fermerləri hədələməklə bildiriblər ki, göstərişlərdən boyun qaçırarlarsa, onların kənd təsərrüfatı məhsullarını yandıracaqlar.

Türkiyə ordusu terrorçularla mübarizə bəhanəsilə Suriyanın şimal bölgələrindən bəzi hissələri işğal edib və Türkiyə hərbçilərindən bir qrupu bu bölgədə yerləşir.

Türkiyənin Suriyanın şimalına təcavüzü və bəzi terror qruplarını himayə etməsi beynəlxalq səviyyədə geniş miqyasda pislənibdir.

Teqlər