İraq prezidenti İranla su və elektrik sahəsində əməkdaşlığın genişlənməsini istəyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i362676-İraq_prezidenti_İranla_su_və_elektrik_sahəsində_əməkdaşlığın_genişlənməsini_istəyir
İraq prezidenti Bərham Saleh İranın enerji naziri Rza Ərdəkaniyan ilə görüşü zamanı İranla su və elektrik sahəsində əməkdaşlığın genişlənməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2020 17:21 Asia/Baku
  • İraq prezidenti İranla su və elektrik sahəsində əməkdaşlığın genişlənməsini istəyir

İraq prezidenti Bərham Saleh İranın enerji naziri Rza Ərdəkaniyan ilə görüşü zamanı İranla su və elektrik sahəsində əməkdaşlığın genişlənməsini istəyib.

SəhərAzəri IRNA-ya istinadən xəbər verir,Bunu İraqın Rəyasət Prezident aparatı verdiyi açıqlamada bildirib.
Saleh bölgə ölkələri üçün sabitliyin və təhlükəsizliyin təmini üçün birgə səylərin vacibliyini vurğulayıb.
Ərdəkaniyan da həmin görüş zamanı İranın İraqa dəstək verməyə və İraqla bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Bu gün səhər Bağdada gedən Ərdəkaniyan əvvəlcə İraqın Energetika naziri Macid Mehdi Həntuş və sonra Maliyyə Naziri Əli Abdüləmir Alavi ilə görüşüb.
Ərdəkaniyannın İraqın Baş naziri Mustafa əl-Kazimi ilə də görüşüb. Əl-Kazimi həmin görüşdə ölkəsinin gönşülarla yaxşı münasibət bəsləməyə tərəfdar olduğunu bildirib.