İyun 18, 2020 20:48 Asia/Baku
  • ABŞ-sionist rejim müzakirələrinin uğursuz qalması ehtimalı var

Bir sionist qəzet sionist rejim və ABŞ başçılarının qərb sahilindən daha çox ərazinin işğal olunmuş ərazilərə qatılması planı barədəki müzakirələrinin uğursuzluğu ehtimalından xəbə verib.

SaharAzeri xəbər verir, Sionist Məariv qəzeti bu gün bir reportajda yazıb: İlhaq planı barədə Likud partiyasının sədri Benyamin Netanyahu ilə Mavi-Ağ partiyasının sədri Beni Qantz arasındakı geniş fikir ayrılıqları sonda sionist rejim başçılarının Amerika hökumətilə müzakirələrinin uğursuz qalması ilə nəticələnə bilər.

Qəzetin yazdığına görə, ABŞ hökuməti qeyd olunan iki sionist partiyanın üzvlərinə xitabən vurğulayıbdır ki, ilhaq planının və ya «əsrin sövdələşməsi» çərçivəsində olacaq hər hansı digər planın həyata keçirilməsi daxili bir razılaşmaya çatmadan və bu sahədəki bütün ixtilaflar həll edilmədən mümkün olmayacaqdır.

Sionist rejimin 13-cü telekanalı da bu gün bildiribdir ki, Benyamin Netanyahu bu rejimin xarici işlər naziri Qabi Eşkinazi, müharibə naziri Beni Qantz və parlament sədri Yariyo Levinin iştirakı ilə keçirilən iclasda qərb sahilinin ilhaqına dair plan barədə dörd ssenari təqdim edib, lakin sionist rejim başçılarının iclası heç bir irəliləyiş və ya xas bir nəticə əldə etmədən başa çatıbdır.

Sionist rejim sionist-amerikan «əsrin sövdələşməsi» planına əsasən və Tramp hökumətinin himayəsi ilə iyulun əvvəllərində qərb sahilinin 30 faizini qəsb edilmiş ərazilərə qatmaq fikrindədir.

Fələstin muxtariyyəti bu nəhs plana cavab olaraq, sionist rejim və ABŞ ilə əlaqələrini kəsibdir.

 

Teqlər