Ərəb başçılarının sionist rejimin casusluq orqanının başçısı ilə əlaqələri
Sionist rejimin casusluq orqanının başçısı ifşa edib ki, bəzi ərəb ölkələrinin başçıları ilə görüşüb və müqavilə imzalayıbdır.
SəhərAzəri xəbər verir, Eli Kohen bazar ertəsi günü axşam yayılan «İlaf» adlı səud qəzeti ilə müsahibəsində bildirib ki, Fars Körfəzi ətrafındakı bir neçə ərəb ölkəsinin başçısı ilə görüşüb və danışıqlar aparıbdır.
O, qeyd edib ki, həmin ölkələr sionist rejimlə münasibət qurmağa meyllidirlər.
Kohen qeyd edib ki, sionist rejim diplomatik münasibətlərə malik olmadığı bəzi ərəb ölkələrilə bir neçə razılaşma və müqavilə imzalayıbdır. O, bildirib ki, Ərəbistanda «Neom» adlı çox möhtəşəm bir proyekt mövcuddur.
Bölgədəki bəzi ərəb rejimlərinin, xüsusən Ərəbistan, Bəhreyn və əmirliklərin sionist rejimlə münasibətləri adiləşdirmə prosesi elə bir haldadır ki, bu rejim fələstinlilərə divan tutmaqdan əlavə, bir çox ərəb-islami bölgədə də cinayətlər törədibdir.