İyun 30, 2020 10:19 Asia/Baku
  • Yəmən ordusunun son uğurlu əməliyyatının görüntüləri yayılıb

Yəmən ordusu və “Ənsraullah” hərəkatının Mərib və Bəyda vilayətlərində Səudiyyə Ərəbistanının dəstəklədiyi sabiq prezident Mənsur Hadiyə sadiq qüvvələrə endirilən zərbələri nümayiş etdirilib.

SəhərAzəri Eastnews.org-a istinadən xəbər verir ki, Bu barədə Yəmən ordusunun rəsmisi general Yəhaya Sari məlumat verib.

Məlumata əsaəsn, Yəmən ordusu Məarib və Əl-Beyza vilayətində muzdlu qüvvələrin nəzarətində olan 400 kv-km ərazini azad edərək, çox sayda silah-sursat və bir neçə hərbi düşərgə ələ keçirib.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya təyyarələrinin Yəmən ordusunun irəliləməsinə mane olmaq üçün endirdiyi zərbələrin uğursuz olduğu qeyd edilir.  

Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.  

Teqlər

Şərhlər