Ərəbistanda həccə məhdud qeydiyyat başlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i364247-Ərəbistanda_həccə_məhdud_qeydiyyat_başlanıb
Ərəbistan dünən bu ölkədə yaşayan xariciləri həcc qeydiyyatına almağa başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2020 01:18 Asia/Baku
  • Ərəbistanda həccə məhdud qeydiyyat başlanıb

Ərəbistan dünən bu ölkədə yaşayan xariciləri həcc qeydiyyatına almağa başlayıb.

SəhərAzəri xəbər verir, Ərriyad dünən bununla bağlı bildirib ki, həmin şəxslər zəvvarların 70 faizini təşkil edəcəklər.

Ərəbistan koronavirus pandemiyasına görə, bu, illik mərasimdə iştirak edənlərin sayını azaldıbdır.

Ərriyad bidiribdir ki, yalnız hazırda bu ölkədə olan təqribən min nəfər iyul ayının sonu üçün planlaşdırılmış builki həcc mərasimində iştirak etmək icazəsinə malik olacaqdır. Xatırladaq ki, ötən il həcc mərasimində 2,5 milyon nəfər iştirak etmişdi.

Ərəbistandan xaricdə olan zəvvarların builki həcc mərasimində iştiraklarının ləğv olunması qərarı bu ölkənin müasir tarixində ilk belə haldır. Bu da bütün dünyada müsəlmanların narazılığına bais olubdur.