Avq 06, 2020 08:39 Asia/Baku
  • Livan ordusunun bəyanatı

Livan ordusu güclü partlayışdan sonra Beyrutda ikihəftəlik fövqəladə vəziyyətin elan olunmasından sonra özünün ilk bəyanatını verib.

SəhərAzəri xəbər verir, Livan ordusu bu bəyanatda Beyrut partlayışı qurbanlarının ailələrinin kədərilə bölüşərək, bu ölkə vətəndaşlarından istəyibdir, bölgəni boşaltsınlar ki, yardım və xilasetmə, həmçinin partlayışdan irəli gələn ziyanların aradan qaldırılması əməliyyatları asanlıqla həyata keçirilmiş olsun.

Livan ordusu həmçinin livanlı və xarici medialara Beyrutda PUA-dan istifadə barədə xəbərdarlıq edib və ondan istifadənin alovu söndürmək və yardım göstərmək üçün fəaliyyətdə olan vertolyotların hərəkətinə xələl gətirdiyini bildirib.

Belə bir halda, Livanın daxili işlər naziri Muhəmməd Əlfəhmi vurğulayıb ki, Beyrut partlayışı barədə beynəlxalq təhqiqata ehtiyac yoxdur. O, deyib ki, təhqiqatın nəticələri şəffaf şəkildə elan olunacaqdır.

Livanın nazirlər kabineti də bir iclasda baş vermiş hadisə barədəki təhqiqatın nəticələrinin aydınlaşmasınadək Beyrut limanının məsul şəxslərinin həbs olunmaları ilə razılaşıbdır.

Beyrut meri Camal Əytani də çərşənbə axşamı günü baş vermiş partlayışın ardınca bu şəhərin vəziyyətini fəlakətli adlandırıb və deyib ki, şəhərə dəymiş xəsarətlər milyardlarla dollar təxmin edilibdir.

Çərşənbə axşamı günü axşamçağı Beyrut limanında yerləşən pirotexniki maddələr anbarlarından birində geniş yanğının baş verməsinin ardınca ammonium nitrat saxlanılan yaxınlıqdakı anbarlarda güclü partlayış baş verdi.

Teqlər