YUNİSEF: Beyrut partlayışından sonra 80 min uşaq didərgin düşüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i365667-yunİsef_beyrut_partlayışından_sonra_80_min_uşaq_didərgin_düşüb
BMT-nin uşaq fondu- YUNİSEF bildirib ki, Livan paytaxtındakı partlayış hadisəsi səksən min livanlı uşağın didərgin düşməsilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2020 11:24 Asia/Baku
  • YUNİSEF: Beyrut partlayışından sonra 80 min uşaq didərgin düşüb

BMT-nin uşaq fondu- YUNİSEF bildirib ki, Livan paytaxtındakı partlayış hadisəsi səksən min livanlı uşağın didərgin düşməsilə nəticələnib.

SəhərAzəri xəbər verir, YUNİSEF qeyd edib ki, bu uşaqlar qeyd olunan partlayışda öz ev-eşiklərini itiriblər.

YUNİSEF həmçinin bildiribdir ki, partlayışdan salamat qurtaran uşaqlar psixiloji şok içindədirlər. Bu BMT orqanı sonra qeyd edibdir ki, Beyrutda uşaqların və onların ailələrinin təcili və geniş ehtiyaclarının təmini üçün təqribən 4,5 milyon dollarlıq büdcəyə ehtiyac var.