İraqın Milli Təhlükəsizlik müşaviri: "ABŞ hərbçiləri çıxarılmalıdırlar"
İraqın Milli Təhlükəsizlik müşaviri ABŞ hərbçilərinin bu ölkədən çıxarılması vacibliyini vurğulayıb.
SəhərAzəri xəbər verir, İraqın Milli Təhlükəsizlik müşaviri Qasım Əl-Ərəci Bağdadda ABŞ koalisiyası qüvvələrinin komandan əvəzi Cerald Striklənd və onu müşayiət edən heyətlə görüşdə, amerikalı hərbçilərin bir zaman cədvəli əsasında bu ölkədən çıxarılmasını xatırladıb.
ABŞ-ın rəhbərlik etdiyi qondarma anti-İŞİD beynəlxalq koalisiyası bundan əvvəl koalisiya ilə İraq hökuməti arasında razılaşdırılmış proqrama əsasən, İraqdakı qüvvələri və bazalarını azaldacağını elan etmişdi.
Son günlər İraq parlamentinin bəzi deputatları ABŞ-ın İraqın suverenliyini pozması ilə bağlı işin Mustafa Əl-Kazimiyə təqdim olunduğu bildiriblər və onun Vaşinqtonda izlənilməsini tələb ediblər.
Qərar üzrə Mustafa Əl-Kazimi gələn həftə ABŞ-a səfər edəcək.
Cari ilin beş yanvar tarixində İraq parlamenti ABŞ hərbçilərinin bu ölkə torpaqlarından çıxarılmasına dair bir qanun layihəsi təsdiq edibdir.