Avq 12, 2020 06:25 Asia/Baku
  • Livanda etirazçılarla təhlükəsizlik qüvvələri toqquşub

Livan KİV-ləri bu ölkənin parlament binası yaxınlığında etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmanın baş verməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, Keçən həftə Beyrutda baş verən dəhşətli partlayışın fonunda dünən gecə yüzlərlə livanlı bu ölkənin parlament binası ətrafında toplaşaraq, hərtərəfli dəyişikliklərə çağırıblar.

Livanlı etirazçılar, həmçinin Beyrut limanı yaxınlığında toplaşıb şüarlar səsləndirərək, bu hadisə amillərinin məsuliyyətə cəlb edilməsi və cəzalandırılmasını tələb ediblər.

Livanlı etirazçılardan bir neçəsi təhlükəsizlik qüvvələrinə doğru daş və partlayıcı maddələr atıblar. Təhlükəsizlik qüvvələri də onları dağıtmaq üçün gözyaşardığı qazdan istifadə ediblər.

Bu arada Livan prezidenti Mişel Aun Beyrut limanı partlayışı ilə bağlı işi bu ölkənin Məhkəmə Şurasına göndərib və bu partlayışla bağlı həqiqətləri açıqlayacağına söz verib.

Avqustun 4-də Beyrut limanında yerləşən pirotexnika anbarında geniş yanğının baş verməsi fonunda içərisində iki min 700 ton ammonium nitrat olan yaxındakı anbarda dəhşətli bir partlayış baş verib.

Livanın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, indiyə kimi bu partlayış nəticəsində 171 nəfər həyatını itirib, təxminən altı min nəfər isə yaralanıb.

Teqlər