Sionist rejim hava və qurudan Qəzzaya zərbələr endirib, yaralananlar var
https://azeri.sahartv.ir/news/qərbi_asia-i365852-sionist_rejim_hava_və_qurudan_qəzzaya_zərbələr_endirib_yaralananlar_var
Sionist rejim ordusu hərbi PUA-lar, helikopter, artileriya və tanklardan Qəzzada bir sıra bölgələri hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2020 06:04 Asia/Baku
  • Sionist rejim hava və qurudan Qəzzaya zərbələr endirib, yaralananlar var

Sionist rejim ordusu hərbi PUA-lar, helikopter, artileriya və tanklardan Qəzzada bir sıra bölgələri hədəfə alıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, Sionist rejim Ordusu ötən gecə PUA-lar, helikopter, artileriya və tanklardan Qəzzanın cənub, mərkəz və şimalında bir sıra obyektləri hədəfə alıb.

Məlumata görə Qəzzanın cənubunda Rəfəh şəhərində, Qəzzanın mərkəzi hissəsində əl-Bric rayonunda və şimalında bir neçə obyekt hədəfə alınıb.

Hədəfə alınan bölgələr əsasən HƏMAS-ın təhlükəsizlik qüvvələrinin istifadə etdiyi obyektlər və postlardır. Bir neçə nəfərin yaralandığı deyilir.

Sionist rejim bu hücumun Qəzzadan atılan partlayıcı daşıyan balonlara görə həyata keçirildiyini iddia edib.