Sionist rejim bir aya 429 fələstinlini həbs edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i365867-sionist_rejim_bir_aya_429_fələstinlini_həbs_edib
Sionist rejim işğal altındakı ərazilərdə iyul ayında azı 429 fələstinlini həbs edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2020 18:27 Asia/Baku
  • Sionist rejim bir aya 429 fələstinlini həbs edib

Sionist rejim işğal altındakı ərazilərdə iyul ayında azı 429 fələstinlini həbs edib.

SəhərAzəri SalamNews-a istinadla xəbər verir ki, bu barədə Fələstinin 4 hüquq təşkilatı və cəmiyyəti yayımladıqları birgə bəyanatda məlumat veriblər.

Bildirilib ki, Sionist rejim təkcə ötən ayda aralarında 32 uşaq olmaqla 429 fələstinini həbs edib.

Əlavə edilib ki, işğalda qalmış Qüds və onun ətraf rayonları həbslərin şahid olduğu əsas bölgədir. Sionist rejim qüvvələri iyul ayı ərzində burada 201 fələstinli sakini həbs ediblər.

Qeyd edək ki, Reuters bir neçə gün öncə verdiyi statistikada bildirib ki, hazırda Sionist rejim həbsxanalarında 4,502 fələstinli kişi və 41 fələstinli qadın var.