İraq Türkiyə səfirini Bağdadda XİN-ə çağırıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i365868-İraq_türkiyə_səfirini_bağdadda_xİn_ə_çağırıb
İraq Türkiyənin Bağdaddakı səfirini ölkənin şimalına endirilən hava zərbələrinə görə Xarici İşlər Nazirliyinə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2020 08:33 Asia/Baku
  • İraq Türkiyə səfirini Bağdadda XİN-ə çağırıb

İraq Türkiyənin Bağdaddakı səfirini ölkənin şimalına endirilən hava zərbələrinə görə Xarici İşlər Nazirliyinə çağırıb.

SəhərAzəri Sumariya-a istinadla xəbər verir, bu barədə İraqın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İraq tərəfinin etirazının çatdırılması üçün Türkiyənin səfiri Fatih Yıldız bu gün XİN-ə çağırılıb.

Qeyd edək ki, ötən gün Türkiyə Hava Qüvvələrinin hərbi PUA-ları İraqın şimalında Sidkan bölgəsinə hava zərbələri endiriblər. Bu hava zərbələri nəticəsində ikisi yüksək rütbəli zabit olmaqla İraq Ordusunun 3 hərbçisi həlak olub.