Yəmənli əsirlərin ailələri BMT ofisi qarşısında aksiya keçiriblər
Yəmənli əsirlərin ailələri Sənada insan haqları nazirliyinin və BMT ofisinin qarşısında aksiya keçiriblər.
SəhərAzəri xəbər verir, Aksiyaçılar əsrilərə qarşı cinayətləri, həmçinin Marəb məhbəslərindəki yəmənli əsirlərdən olan Abdullah Əlcəridinin qətlə yetirilməsini pisləyiblər.
Etirazçıların sözlərinə görə, bu kimi cinayətlərin dayandırılması üçün yeganə zəmanət, əsirlər mübadiləsi barədəki son İordaniya razılaşmasının icrasıdır, amma təcavüzkar koalisiyaya tərəfdar çıxan qruplar onun icrasından imtina edirlər.
Etirazçıların digər tələbi bu olubdur ki, BMT, əsirlərlə insan kimi rəftar etmələri üçün təcavüzkarlara təzyiqin tətbiq edilməsi üzrə məsuliyyətinə əməl etsin.
Etirazçılar bu qənaətdədirlər ki, BMT, Yəməndəki insan böhranı ilə rəftarda öz qanuni məsuliyyətinə əməl etmir.
Aksiyaçılar həmçinin müstəqil təşkilatların və dünya xalqlarının məzlum Yəmən xalqının pozulmuş hüquqlarını himayə və müdafiə etmələrini gözləyirlər.