Beyrutda fövqəladə vəziyyətin müddəti uzadılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366111-beyrutda_fövqəladə_vəziyyətin_müddəti_uzadılıb
Əl-Məyadin telekanalının məlumatına görə, Livan paytaxtında fövqəladə vəziyyətin müddəti bir ay uzadılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2020 04:03 Asia/Baku
  • Beyrutda fövqəladə vəziyyətin müddəti uzadılıb

Əl-Məyadin telekanalının məlumatına görə, Livan paytaxtında fövqəladə vəziyyətin müddəti bir ay uzadılıb.

SəhərAzəri xəbər verir, Beyrutda çoxsaylı insan tələfatı və ağır xəsarətlərə səbəb olan partlayışdan sonra Livan parlamenti 13 avqust tarixində bu şəhərdə fövqəladə vəziyyət elan edib.

Beyrut limanı partlayışı avqustun 4-də baş verib. Bu partlayış indiyədək 177 nəfərin ölümü, yeddi mindən çox insanın yaralanması və onlarla insanın itkin düşməsinə səbəb olub.

Bu dəhşətli partlayış Livana təxminən 15 milyard dollarlıq ağır maddi ziyan vurub.