Avq 18, 2020 15:05 Asia/Baku
  • Quds müftisi:

Qüds və Fələstin Müftisi Əl-Əqsa məscidində BƏƏ vətəndaşları üçün namaz qılmağı qadağan edən bir fətva verib.

SəhərAzəri xəbər verir, Qüds və Fələstin müftisi Şeyx Məhəmməd Hüseyn, Alman xəbər agentliyinə verdiyi müsahibədə fətvanın 2012-ci ildə çıxarılan əvvəlki fətvaya uyğun olduğunu söyləyib.
O deyib, 2012-ci il fətvasında Qüds və Əl-Əqsa məscidinin ziyarətinə xüsusi şərtlər qoyulur, ki İsrail ilə münasibətlərin normallaşmasına daxil deyil. 
Şeyx Məhəmməd Hüseyn bildirib, BƏƏ və İsrail arasındakı bu müqavilədə normallaşma əlamətləri olduğu üçün, Qüds ziyarəti onlar üçün icazəli deyil və qadağandır. 
Bundan əvvəl BƏƏ verdiyi açıqlamada İsrail ilə əlaqələrin normallaşma sazişinin olduğunu bildirmişdi ki bu sülh planına əsasən, bütün müsəlmanlar Əl-Əqsa məscidinə gedib orada namaz qıla bilər və Qüdsdəki digər müqəddəs yerlər bütün dinlərin ibadətçiləri üçün açıq olmalıdır.

Teqlər