Rəfiq Əl-Həririnin terroru üzrə məhkəmənin qərarı Hizbullah Müxalifətinin məğlubiyyəti deməkdir
Livanın sabiq baş naziri Rəfiq Əl-Həririnin terroru üzrə Beynəlxalq Xüsusi Məhkəmə 11 ildən sonra nəhayət öz qərarını verdi və Suriya və Livan Hizbullahının bu terrorda iştirakını rədd etdi.
SəhərAzəri xəbər verir, Rəfiq Əl-Həriri 2005-ci ilin 14 fevral tarixində terror edilib. Bu terror əməliyyatında Livanın sabiq baş naziri ilə birlikdə 21 nəfər həyatını itirib. Livan Hizbullahının daxili və xarici müxalifəti Suriya və Hizbullahı bu terrorda iştirakda ittiham ediblər, Lakin həm Suriya həm də Hizbullah dəfələrlə bu cinayətdə hər hansı bir müdaxiləni rədd ediblər.
BMT ilk dəfə Hollandiyanın Haaqa şəhərində bu terror əməliyyatı ilə bağlı araşdırma aparmaq məqsədilə beynəlxalq məhkəmə təşkil edib. Rəfiq Əl-Həririnin terroru üzrə Beynəlxalq Xüsusi Məhkəmə 2009-cu ildə təşkil edilib.
Bu məhkəmənin dünən avqustun 18-də verdiyi qərar 11 illik araşdırma və istintaqdan sonra verilir.
Forma baxımından, bu məhkəmə Əl-Həririnin terrorundan əvvəlki telefon danışıqlarını, həmçinin bu işin 297 şahidini dinləyərək, 2600 səhifəlik bir cinayət işi formalaşdırmaqla fəaliyyət göstərib. Bu da başlanğıcdan qərar çıxarılana qədər əhatəli tədbirlərin görülməsindən xəbər verir.
Nəticə etibarı ilə bu qərar iki cəhətdən əhəmiyyət kəsb edir;
Birincisi bu ki, bütün ilkin iddialar və əsasız ittihamlara rəğmən, bu məhkəmənin 11 illik araşdırmaları Hizbullahın haqlı olduğunu sübut edib. Məhkəmənin verdiyi qərar təkcə Hizbullah təşkilatı deyil, həm də onun dörd üzvünə də bəraət qazandırıb. Bundan əlavə Rəfiq Əl-Həririnin terroru üzrə Beynəlxalq Xüsusi Məhkəmənin hakimi David Rey, Seyid Həsən Nəsrullah ilə Rəfiq Əl-Həririnin yaxşı münasibətlərinin olduğunu etiraf edib. Bu da məhkəmənin hətta xırda detallara diqqət yetirdiyini göstərir.
Məhkəmənin əhəmiyyətinin ikinci səbəbi isə, Suriyanın bu cinayətdə iştirakdan bəraət almasıdır. Hansı ki, çıxarılan hökmdə açıq şəkildə bəyan edilib..Bu elə bir halda baş verir ki, Livanın daxilində və bölgədəki Qərb yönümlü cərəyan Suriyaya Rəfiq Əl-Həririnin terroru ilə bağlı çox təzyiq göstərirdilər. Nəticədə Suriya özünün 14 min hərbçisini Livandan çıxarmaq məcburəyyətində qaldı. Verilən qərarı nəzərə alaraq, Suriya parlamentinin üzvü Əhməd Əl-Kəzbəri Livan siyasətçilərinin saxta ittihamlara görə, Suriya hökuməti və xalqından üzr istəməli olduğunu qeyd edib.
Lakin çixarılan hökmün iki qaranlıq məqamı da vardır;
Birincisi bu ki, məhkəmə hakimi David Rey açıq-aydın elan edib ki, Rəfiq Əl-Həririnin terroru siyasi məqsədlər üçün törədilmiş bir terror aktıdır. Bununla belə, kimlər, hansı qruplar və ya hətta hansı xarici aktyorların 10 il müddətinə Livanın baş naziri vəzifəsini icra etmiş Rəfiq Əl-Həririni terror etməklə Livan və ya Qərbi Asiyadakı siyasi məqsədlərinə nail olmaq istədiyi bəlli deyil. Rəfiq Əl-Həriri 1992-ci ildən 1998 qədər, həmçinin 2000-2004-cu illər arasında Livanın baş naziri olub.
İkinci qaranlıq məqam isə ondan ibarətdir ki, niyə bu məhkəmə bu cinayət işini araşdırarkən yalnız Hizbullaha qarşı irəli sürülən ittihamları araşdırıb və sionist rejimin bu cinayətdə əlinin olması ehtimalı ilə bağlı Hizbullahın müraciətini təmin etməyib. Hizbullah özünə qarşı səsləndirilən ittihamları rədd etməklə yanaşı, sionist rejimin bu terror aktında əlinin olmasına dair sənədlər də təqdim edib, Lakin bu sənədlər heç vaxt məhkəmədə araşdırılmayıb.
sonuncu məqam isə budur ki, Hizbullahın bu terror əməliyyatında iştirakının rədd edilməsinə baxmayaraq, müqavimətə qarşı olanlar Səlim Əyyaşın adını hallandıraraq, Hizbullaha qarşı qara piar kampaniyasını davam etdirirlər. Hal bu ki, Rəfiq Əl-Həririnin terroru üzrə Beynəlxalq Xüsusi Məhkəmənin hakimi David Rey qeyd edib ki, araşdırılan telefon danışıqlarının mətni bu terrorun pərdə arxasında olan bir qruplaşmanın aşkar edilməsinə səbəb olub. Qara piarın davam etdirilməsi Livanın hazırkı şəraiti və ondan Hizbullahsız bir hökumətin formalaşması üçün istifadədən asılıdır.