HƏMAS dünya parlamentləri və başçılarını Fələstini dəstəkləməyə çağırıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366179-hƏmas_dünya_parlamentləri_və_başçılarını_fələstini_dəstəkləməyə_çağırıb
Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun üzvü dünya parlamentləri və siyasi rəhbərlərini sionist rejiminin fitnələri qarşısında Fələstini dəstəkləməyə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2020 10:13 Asia/Baku
  • HƏMAS dünya parlamentləri və başçılarını Fələstini dəstəkləməyə çağırıb

Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun üzvü dünya parlamentləri və siyasi rəhbərlərini sionist rejiminin fitnələri qarşısında Fələstini dəstəkləməyə çağırıb.

SəhərAzəri xəbər verir, "Əl-Əlam Əl-Hərbi" İnformasiya Qrupunun məlumatına görə, HƏMAS-ın siyasi bürosunun üzvü Xəlil Əl-Həyyə sionist rejimlə sülh yolunu seçən ölkələri Fələstindən maraqlarına çatmaq üçün bir körpü kimi istifadə etməməyə çağırıb.

Əl-Həyyə BƏƏ-nin sionist rejimi ilə əlaqələri normallaşdırmasına dair hərəkətini qınayıb və əlavə edib: "İşğalçılıq qarşısında hərtərəfli mübarizədən başqa bir çarə yoxdur".

BƏƏ ilə sionist rejimi arasında münasibətlərin normallaşdırılmasını asanlaşdırmaq məqsədilə ABŞ prezidenti Donald Trampın ardıcıl səyləri nəticəsində tərəflər avqustun 13-də diplomatik əlaqələrin adiləşdirilməsinə dair razılıq əldə ediblər. 

Bu anlaşma İslam ölkələri və Fələstinin müqavimət qruplarının kəskin qınağına səbəb olub.