Avq 28, 2020 10:49 Asia/Baku
  • Sionist rejim Qəzzanı aviazərbələrlə hədəfə alıb, HƏMAS cavab verib

Sionist rejim bu gün sübh Qəzzanın müxtəlif bölgələrini artileriya və hava zərbələrilə hədəfə alıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, Sionist rejim Ordusu hava zərbələri və artileriya ilə Qəzzanın Rəfəh və Təll-Həva bölgələrini hədəfə alıb.

Qəzzanın cənubunda HƏMAS-ın hərbi mövqelərindən olan əl-Bədr qərargahı da 16 raketlə hədəfə alınıb.

Bu hücumun canlı tələfatı barədə hələ məlumat yoxdur.

HƏMAS-ın nəzarətində olan hərbi briqadalar Sionist rejimin nəzarətində olan bölgələrə altı raket atıblar.

Sionist rejim bu hücumun Qəzzadan partlayıcılar daşıyan balonların atılması ilə əlaqələndirib.

Qeyd edək ki, Qəzza 2018-ci ildən hava, quru və sudan mühasirədədir.

Teqlər